KANAL24.AZ
Az Iw En Ru

Xaçmazda qəbiristanlıqda yanğın – 20-dən çox qəbir yandı + Fotolar

Bu gün Xaçmaz rayonunun Həcəlbəy kəndində qəbiristanlıq sahəsində güclü yanğın baş verib.

Yanğın zamanı başdaşı taxtadan olan 20-dən çox qəbir  yanıb.

Eyni zamanda mərmərdən olan sinə daşlarına da ziyan dəyib. Gözətçi Şahbaz Musatafeyvin verdiyi məlumata görə, yanğın qəbiristanın alt hissəsindən başlayıb və 20 dəqiqə ərzində ətrafı bürüyüb. Hadisəni kimin törətməsi haqqında məlumat yoxdur. 

 Hadisə yerinə rayon yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb olunub. Yarım saat müddətində yanğının qarşısı alınıb.  Nəticədə 1 hektar ərazi yanıb. Yanğının baş vermə səbəbləri barədə araşdırma aparılır.


23:50 21.08.2018
Xəbər lenti
Bütün xəbərlər