KANAL24.AZ
Az Iw En Ru

Dəmirçi-Lahıc yolu bağlandı

Dəmirçi-Lahıc avtomobil yolunda aparılan yenidənqurma işlərinin tam olaraq yekunlaşdırılmaması ilə əlaqədar olaraq 19-31 avqust 2018-ci il tarixlərində sözügedən avtomobil yolu ilə hərəkət tam olaraq məhdudlaşdırılıb.

Kanal24 xəbər verir ki, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyin məlumat verilib.

Qurum sürücülərdən sözügedən yolun bağlı olması ilə əlaqədar olaraq alternativ yollardan istifadə etmələrini xahiş edib.

Yaranacaq müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyib və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edib.

 

 


22:29 19.08.2018
Xəbər lenti
Bütün xəbərlər