KANAL24.AZ
Az Iw En Ru

İntihar etmək istəyən məcburi köçkünə 4 otaqlı ev verildi

Bu gün Qaçqın və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin binasında intihara cəhd edən məcburi köçkün, gözdən əlil idmançı Natiq Novruzzadənin problemi həll edilib.
 
Belə ki intihar cəhdindən sonra komitənin sədri Rövşən Rzayevin qəbulunda olan vətəndaşa : Kürdəxanıda yeni tikilən binalardan 4 otaqlı mənzil verilib.Natiq Novruzzadənin sözlərinə Mənzilin sənədlərini də artıq ona təqdim ediblər. Məlumata görə bina oktyabr ayına kimi istifadəyə veriləcək.
 
Bundan əlavə,komitə rəsmiləri 4 aylıq kirayə pulunu da şikayətçiyə ödəyiblər.Qeyd edək ki şikayətçinin yaşadığı Nizami rayonu Babək 87 ünvanında yerləşən mənzil bu ilin mart ayında “Yusifoğlu” MMC tərəfindən sökülüb:

 

 
 
 

00:52 14.08.2018
Xəbər lenti
Bütün xəbərlər