KANAL24.AZ
Az Iw En Ru

“Best model” müsabiqəsi səkkiz il sonra Azərbaycanda - FOTO

1988-ci ildən etibarən keçirilən “Best model” müsabiqəsi bu il yenidən Azərbaycanda keçiriləcək.

Kanal24 xəbər verir ki, müsabiqə Azərbaycanda ilk dəfə 2000-ci ildə mərhum türkiyəli biznesmen Nahit Kabakçı tərəfindən keçirilib.

Daha sonra müsabiqənin keçirilməsi Xalq artisti Aygün Kazımovanın, müğənni Ruhi Əliyevanın təşkilatçılığı ilə müxtəlif illərdə Bakıda davam edib.

 

 

 

Sonuncu “Best model of Azerbaijan” müsabiqəsinin keçirilməsinin təşəbbüskarı isə model Validə Abbasova olub.

Qeyd edək ki, Erkan Özermanın yaratdığı müsabiqədə dünyanın bir çox ölkələrindən modellər iştirak edir. 

2017-ci ildən etibarən müsabiqənin beynəlxaq direktoru Aqil Məmiyevdir. 

Səkkiz ildən sonra Azərbaycanda yenidən keçirilməsi planlaşdıran müsabiqənin təşkilati direktoru Pərviz Əzimzadə, baş prodüseri Rəna Sultanova, rəsmi partnyoru Ləman Mirtalıblıdır.

Müsabiqənin jüri heyəti hələlik bəlli olmasa da, türkiyəli və azərbaycanlı məşhurların münsiflər heyətində olacağı bildirilir.

Onu da əlavə edək ki, müsabiqə indiyədək televiziya dünyasına Kıvanç Tatlıtuğ, Çağatay Ulusoy, Kenan İmirzalıoğlu, Deniz Akkaya, Burak Özçivit kimi məşhurları qazandırıb.


00:01 14.08.2018
Xəbər lenti
Bütün xəbərlər