KANAL24.AZ
Az Iw En Ru

Agentlik: Azərbaycan iqtisadiyyatı 3 faiz artacaq

Azərbaycanın kredit profili (sabit Ba2) onun ümumdaxili dövlət borcunun və zəmanətlərinin nisbətən yüksək səviyyəsini, həmçinin kövrək bank sektorunu əks etdirir.

Kanal24 xəbər verir ki, bu barədə Moody's agentliyinin illik “Azərbaycan hökuməti – sabit Ba2” kredit analizində bildirilir.

Hesabatda qeyd olunur ki, bu xüsusiyyətlər 2014-2016-cı illərdə neftin qiymətinin kəskin düşməsi və milli valyutanın ucuzlaşmasının təsirlərini özündə əks etdirir.

“Əksinə, ölkənin böyük maliyyə ehtiyatları kredit profillərinə böyük dəstək vermiş olur”, - deyə, hesabatda bildirilir.

Moody's-in hesabatına əsasən, 2018-ci ilin ilk beş ayında Azərbaycan ÜDM-in artımı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6% artıb. Təşkilat, 2018-ci ildə Azərbaycan iqtisadiyyatının 2%, 2019-cu ildə isə 3% artacağını gözləyir.

“Artıma neftin yüksək qiymətləri və qaz ixracının artması səbəb olacaq”, - deyə, agentlik hesab edir.


23:13 13.08.2018
Xəbər lenti
Bütün xəbərlər