KANAL24.AZ
Az Iw En Ru

İran olmasaydı, İraq, Suriya və Livan işğal olunmuşdu - Dini liderin nümayəndəsi

İranın dini lideri Ayətullah Əli Xamenei Suriyani İranın ön cəbhəsi hesab edir, əgər Suriyaya müdaxilə etməsəydik indi İraq, Suriya, Livan və İran işğal olunmuşdu. Bu sözləri dini lider Xameneinin İslam İnqilabı Keşikçilər Korpusundakı (Sepah) nümayəndəsi Əli Səidi deyib. Trend-in məlumatına görə, bu barədə İranın Fars agentliyi xəbər verib.

Ə.Səidi deyib ki, hər bir İran əsgəri Suriyada 100 min könüllü yetişdirir: “Beş ildir ki, düşmənlər və dünyanın hegemon ölkələri Suriyada öz məqsədlərinə çata bilmirlər”.

Ə.Səidi qeyd edib ki, Xamenei ABŞ-ın İrana nüfuz etməsinə görə narahatdır: “Nüvə sazişi ilə bağlı şərtlər irəli sürülüb, Xameneinin qeyd etdiyi şərtlər yerinə yetirilməlidir”.

Ə.Səidinin sözlərinə görə, Amerika indiyədək heç bir sazişi yerinə yetirməyib: “Amerika müttəfiqləri Səudiyyə Ərəbistanı və Türkiyə üçün heç bir müsbət iş görməyib”.


18:47 20.11.2015
Xəbər lenti
Bütün xəbərlər