KANAL24.AZ
Az Iw En Ru

6 avtobus vergi borcuna görə satışa çıxarıldı

Vergi borcuna görə avtonəqliyyat müəssisəsinin 15,6 min manatlıq 6 əmlakı yenidən hərraca çıxarılıb.

Kanal24 xəbər verir ki, Vergilər Nazirliyi vergi borcuna görə "Tərtər Avtonəqliyyat” ASC müəssisəsinə məxsus 6 avtobusu ikinci dəfə hərraca çıxarıb. May ayında birinci dəfə hərraca çıxarılan avtobuslara 15 min 600 manat qiymət qoyulub.
 
İlkin hərracda satılmadığından avtobusların qiyməti 10% aşağı salınaraq ümumilikdə 14 min 40 manat müəyyənləşdirilib.Hərraca çıxarılan əmlaklar Tərtər şəhəri, E. Hüseynov küç. ev 56 ünvanında yerləşir.

16:35 01.08.2018
Xəbər lenti
Bütün xəbərlər