KANAL24.AZ
Az Iw En Ru

Bu gecə Dünya DƏYİŞƏCƏK: son 100 ilin ən böyük olayı və "İncil"dəki FƏLAKƏT QEYDİ

Bu gecə Yer kürəsi xüsusi bir təbiət hadisəsini müşahidə edəcək. Qanlı Ay tutulması və Marsla Yer qarşıdurması yaşanacaq. Bu son yüz ilin ən uzun Ay tutulması olacaq. Alimlər bu günlə bağlı müxtəlif iddialar irəli sürür.

 

Hollandiyalı zəlzələ mütəxəssisi Frank Hoogerbeets bu gecə yaşanacaq hadisələrdən sonra 6 və ya 8 bal gücündə zəlzələ baş verə biləcəyini bildirib.

F. Hoogerbeets bu tutulmanın tektonik piltələri hərəkətə keçirdiyini deyib. O, bu hərəkətliliyin 6-8 bal gücündə zəlzələyə səbəb ola biləcəyini vurğulayıb.

Xristianların müqəddəs kitabı "İncil"də də “Ay qan rənginə bürünəndə fəlakət əlamətləri başlayacaq”, - deyə yazılıb.

Qanlı Ay tutulması ən yaxşı Yaxın Şərq, Qərbi Afrika və Qərbi Asiyada izləniləcək. Ay Yerin kölgəsində qalanda Ay tutulması baş verir. Ay saatda 3456 km sürətlə hərəkət etdiyinə görə Ay tutulması təxminən 40 dəqiqə davam edir. Günəş işıqları Yerə düşdüyünə görə Ay tamamilə qeyb olmur. Dünyaya düşən işıqlar mavi rəngi udub, qırmızı rəng əks etdirdiyinə görə Dünyanın kölgəsi də qırmızı olur.

Adətən, ildə iki dəfə Ay tutulması baş verir, nadir hallarda heç tutulma olmur və ya ildə üç dəfə baş verir. Bu dəfə baş verəcək tutulma isə ilin ən uzun Ay tutulması olacaq.

Bu gecə Mars, Yupiter və Saturn Yerə ən yaxın məsafədə olacaq. Göy üzü çox parlaq şəkildə görünəcək. İyulun 27-dən 28-ə keçən gecə baş verəcək Ay tutulması Azərbaycan ərazisində də tam müşahidə olunacaq. Ay tutulması iyulun 27-də axşam saat 22:24:27-də başlayacaq, iyulun 28-i gecə saat 02:19:00-da başa çatacaq. Tam tutulma 23:30:15-də başlayacaq, maksimum tutulma 00:21:44-də olacaq. Tam tutulma 01:13:11-də başa çatacaq.


01:00 28.07.2018
Xəbər lenti
Bütün xəbərlər