KANAL24.AZ
Az Iw En Ru

Notlar necə yaranıb? - Tanrının adı ilə...

Notların yaranmasının maraqlı tarixi mövcuddur.

Dünyaca məşhur not sisteminin yaradıcısı Qvido d’Аrtessodur.

Qvido 10-11-ci əsrlərdə İtaliyanın Toskana şəhərində yaşayıb. Hətta Florensiyada həmin monaxın xatirəsinə heykəl ucaldılıb.

Qvido müxtəlif məbədlərdə kilsə xor ifaçılığı üzrə ustad olub. Ömrü boyu İtaliyanı başdan-başa dolaşıb və not sistemini yaratmaq yolunda böyük əmək sərf edib.

Monaxın əsasını qoyduğu not sistemi və hər bir notun izahı aşağıdakı kimidir:

Do – Dominus – Tanrı;

Re – rerum – materiya;

Mi – miraculum – möcüzə;

Fa – familias рlanetarium – planetlər ailəsi, günəş sistemi;

Sol – solis – Günəş;

La – lactea via – Süd yolu

Si – siderae – Səma.

Qvidonun bu sistemi nəinki İtaliyada, eləcə də bütün dünyada günümüzədək təsdiqlənib, tədris olunur.


00:56 28.07.2018
Xəbər lenti
Bütün xəbərlər