KANAL24.AZ
Az Iw En Ru

Facebook yenidən “təhlükəsizliyin yoxlanması” funksiyasını işə saldı

Sosial şəbəkə Parisdə terror aktlarından sonra yeni funksiyanı işə salmışdı.

Facebook-un təsisçisi və baş direktoru Mark Tsukerberq öz səhifəsində “təhlükəsizliyin yoxlanması” funksiyasının çərşənbə axşamı Nigeriyadakı partlayışlardan sonra işə salındığını bildirib, RİA Novosti xəbər verir.

“Biz “təhlükəsizliyin yoxlanması” funksiyasını Nigeriyadakı partlayışlardan dərhal sonra işə saldıq”, - Tsukerberq öz Facebook səhifəsində yazıb.

“Xahiş edirəm, azlıq təşkil edən ekstremistlərin gələcəyiniz barədə pessimist fikirlərə düşməyinizə səbəb olmalarına imkan verməyin”, - o əlavə edib.

Daha öncə sosial şəbəkə Parisdə 129 nəfərin ölümünə səbəb olan terror aktlarından sonra yeni funksiyanı işə saldığı barədə məlumat yaymışdı.

Funksiya Facebook istifadəçilərinə təhlükəsizlikdə olduqlarını və xəsarət almadıqları barədə məlumat verməyə imkan yaradır.

Qeyd edək ki, Nigeriyanın Yola şəhərində bazarda baş verən partlayış nəticəsində ən azı 32 nəfər həlak olub, 80 nəfər isə yaralanıb. Partlayışa görə məsuliyyəti hələlik heç bir terror təşkilatı öz üzərinə götürməyib.


23:20 18.11.2015
Xəbər lenti
Bütün xəbərlər