KANAL24.AZ
Az Iw En Ru

Rusiya bu ölkələrə uçuşu təhlükəli elan etdi - Azərbaycan da var

Rusiya hava şirkətlərinə dünyanın 47 ölkəsinə uçuşla bağlı xəbərdarlıq verilib.

Bu barədə “İnterfax” agentliyinə hava şirkətlərindən birindəki mənbəsi məlumat ötürüb. Məlumata görə, həmin ölkələrə uçuşlar zamanı şirkətlərə təhlükəsizlik tədbirlərini gücləndirmək tapşırığı verilib.

Həmin siyahıda Avtriya, ƏlCəzair, Albaniya, Azərbaycan, Əfqanıstan, İndoneziya, Banqladeş, Bolqarıstan, Böyük Britaniya, Almaniya, Yunanıstan, Misir, İspaniya, İtaliya, Hindistan, İraq, İran, Qazaxıstan, Qırğızıstan, Kipr, Küveyt, Liviya, Livan, Mərakeş, Malayziya, Makedoniya, Moldoviya, Suriya, ABŞ, Türkiyə, Özbəkistan kimi ölkələrin adları çəkilir.

Şirkətlərə məsləhət görülüb ki, bu ölkələrdə mümkün qədər təyyarəyə texniki baxışı əcnəbi deyil, yerli texniki heyətlər həyata keçirsin.


22:48 17.11.2015
Xəbər lenti
Bütün xəbərlər