KANAL24.AZ
Az Iw En Ru

Aktyor Ələsgər Məmmədoğlunun səhhəti ilə bağlı yeni xəbər

Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Ələsgər Məmmədoğlunun vəziyyətinin ağırlaşması ilə bağlı xəbərlər həqiqəti əks etdirmir.

Bu barədə Akademik Milli Dram Teatrının mətbuat xidmətindən bildiriblər.

Teatrdan bildiriblər ki, Ə.Məmmədoğlu noyabrın 12-də yüksək təzyiq diaqnozu ilə Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib: "Ə.Məmmədoğlu həkimlərin tövsiyəsi ilə bir neçə gün müalicə alıb. Xəstəxanada müalicə aldığı müddətdə aktyorun səhhəti Mədəniyyət və Turizm Nazirliyi və Akademik Milli Dram Teatrının rəhbərliyinin diqqətində olub, teatrın rəhbərliyi əməkdar artistə baş çəkib, onun vəziyyəti ilə maraqlanıb.

Bu gün aktyorun özü ilə əlaqə yaradılıb, Ə.Məmmədoğlu bildirib ki, sağlamlığında narahatlığa səbəb olacaq hal yoxdur, özünü yaxşı hiss edir və bu gün xəstəxanadan evə buraxılması nəzərdə tutulub".


19:22 16.11.2015
Xəbər lenti
Bütün xəbərlər