KANAL24.AZ
Az Iw En Ru

Əl pəncələri və barmaqlarını bir-birinə sürtməklə yaranan SAĞLAMLIQ MÖCÜZƏSİ

Praktiki cəhətdən tətbiq edilməsi vacib olan, insanların sağlamlığı üçün gərəkli sayılan tövsiyə xarakterli yazılarını davam etdirir.

Bu dəfə böyük yapon təbibi və müdriki, ağır  xəstəliklərdən sonra öz sağlamlıq sistemini yaradaraq, şəfa tapan Katsudzo Nişinin proqramından çox vacib detalı sizlərə təqdim edəcəyik. Həmin məqamları azərbaycanlı sağlamlıq mütəxəssisi Ərşad Əzimzadə də öz tövsiyələrində qeyd edir:

Yalnız ən pəncələrini və barmaqlarını bir-birinə təmas etdirməklə, inanılmaz faydalara nail olmaq istəyirsinizsə, ilk olaraq bunlara əməl edin:

Arxası üstə döşəməyə uzanın. Bərk yastığı boynunuzun altına qoyun.Pəncələri və əlləri iç-içə yapışdırıb sıxın. Dizləri mümkün qədər yanlara gen açın. Əlləri sinə üzərində tutun. Məşqə başlayın.

1. Əl barmaqlarının ucunu bir-birinə sıxın - 10 dəfə;

2. Sağ əlin barmaqları ilə sol əlin barmaqlarını sıxın-10 dəfə;

İndi də əksinə-10 dəfə. Sağ əllə sol əli sıxın-10 dəfə. Əksinə-10 dəfə.Yarıbükülmüş əllərin qıraqlarını 10 dəfə sıxın;

3. Bitişik əlləri başdan yuxarı uzadıb, qollarınızı tam açın, yavaş-yavaş,müqavimət göstərə-göstərə geri,qurşağacan qaytarın.Barmaqlar baş tərəfə tuşlanıb-10 dəfə.Eyni hərəkəti əks istiqamətdə edin. Barmaqlar ayağa tuşlanıb - 10 dəfə.         

 

İndi isə gəlin,bu təmrinin tə'sir mexanizmini öyrənək. Bitişik əlləri və pəncələri hərəkət etdirməklə, biz nəyə nail oluruq? Çoxumuz heç xəyalımıza da gətirmirik ki, ürəyi mə'dədən ayıran diafraqmanın özü elə ikinci ürəkdir. Sağlam bədəndə diafraqma bir dəqiqə ərzində 18 dəfə hərəkət edir: 4 sm yuxarı qalxır və 4 sm aşağı enir, yə'ni: diafraqmanın amplitudası 8 santimetrdir. Bu da bir sutka ərzində 24.000 hərəkət deməkdir. Bədənimizdə ən böyük əzələ sayılan diafraqmanın gördüyü iş belədir. Diafraqmanın hərəkəti say etibarilə ürək hərəkətinin dörddə biri qədər olsa da, böyük sahəyə malik olan bu nəhəng nasos aşağı enəndə qara ciyəri, dalağı, yoğun bağırsağı sıxır və qan dövranını yaxşılaşdırır. Qarın boşluğunda olan bütün qan damarlarını və limfatik damarları sıxan diafraqma, venoz sistemini boşaldır və qanı irəli, döş qəfəsinə tərəf itələyir. Onun gemodinamik təzyiqi güclü olduğu üçün qanı, ürəyə nisbətən, daha çox vura bilir. Bu təmrinin hazırlıq hissəsini yerinə yetirərkən, biz diafraqmaya yardımçı oluruq, onu daha fəal işləməyə sövq edirik.Bu təmrini yerinə yetirərkən necə nəfəs almaq lazımdır?

Nişi Sistemi dərin nəfəsalmanı və hüceyrələrlə  “tənəffüs etməni” gücləndirir. Ona görə də bütün bədənlə, dəri ilə nəfəs almaq məsləhətdir. Amma əynimizdəki paltar dəri ilə tənəffüs etməyə imkan vermir. Bu da müxtəlif xəstəliklər törədir. Nişinin tərtib etdiyi və sınaqdan keçirdiyi təmrinlər hər bir hüceyrəni dərindən nəfəs almağa məcbur edir. Odur ki, paltarınızı nə qədər çox soyunsanız, məşqlərin səmərəsi bir o qədər artıq olar.

Bəs 5-10 dəqiqə sakitlik bizə nə verir? Moskvalı alim A.Qurviç 1923-cü ildə çox qəribə bir sirr açdı: yan-yana basdırılmış iki baş soğanın hüceyrələri tək basdırılmış soğanlara nisbətən tez ayrılmağa və çoxalmağa başladı. Bu sür'ət fərqi 50-75 faiz təşkil etdi. Alim təcrübəni davam etdirərək, müəyyənləşdirdi ki, hüceyrələrin sür'ətli ayrılması soğan qabığının buraxdığı dalğaların (190-230 millimikron) sayəsində baş verir. Bu tədqiqatı Almaniyanın, Fransanın, İngiltərənin alimləri də davam etdirdilər və bir addım da qabağa getdilər: müəyyənləşdirdilər ki, əgər çömçəquyruğun başını soğanın yanında saxlasan, soğan dalğası bu canlıya da tə'sir göstərir. Soğanla bir sıra xəstəlikləri, o cümlədən, xərçəngi sağaltmaq ideyası meydana çıxdı. Sonra aydm oldu ki, digər canlılar kimi,elə insan da belə gücə malikdir. Barmaqları ilə müxtəlif xəstəlikləri sağaldan adamları yadınıza salın. Nişi yazırdı: “Öz körpəsinə böyük məhəbbət və nəvazişlə süd verən ananın döşü ətrafında şəfəq əmələ gəlir. Uşağı laqeyd, acıqlı yedirdən zaman bu hal baş vermir». Müəyyən edilib ki, bədəndən çıxan belə işığın mənbəyi enzimlərdir, yə'ni, fermentlər və yaxud biokatalizatorlardır. Onlar bütün canlı hüceyrələrdə mövcuddur və orqanizmdə həyat prosesini qat-qat sür'ətləndirmək qabliyyətinə malikdir. İnsanın həyatı, sağlamlığı enzimlərdən asılıdır. Əgər bir orqan sıradan çıxıbsa, yəqin bilin: enzimlərin balansı pozulub. Biz əllərimizi və pəncələrimizi bir-birinə yapışdırıb gözlərimizi yumarkən, iki antoqonik qüvvə, yə'ni, konstruktiv və destruktiv (qurucu və dağıdıcı) enzimlər üstünlük uğrunda rəqabət aparırlar. Nəhayət, onların arasında arzuolunan tarazılıq bərqərar olur. Ruh və bədən qüvvələrinin müvazinəti yaranır. Buna daxili müvazinət deyilir. Beləliklə, daxili kamfort təmin edilir.


02:57 29.06.2018
Xəbər lenti
Bütün xəbərlər