KANAL24.AZ
Az Iw En Ru

İlhamə Quliyevanın vəziyyəti pisdir

“Hələ ki, həkimlərin ciddi nəzarəti altındadır”.

Hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunan xalq artisti İlhamə Quliyevanın səhhətində irəliləyiş hiss olunmur.

Kanal24 xəbər verir ki, bunu Lent.az-a xalq artistinin oğlu Orxan Nadirovverib. O bildirib ki, anasının bu hala düşməsinin əsl səbəbkarı keçmiş köməkçisi Mehriban Hüseynovadır:

“Anam artıq neçə gündür ki, xəstəxanadadır. Mehribanın yedizdirdiyi psixotrop dərmanlar anama çox pis təsir edib. Onun fəsadlarıdır ki, bu gün anam hələ də xəstəxanadadır. Şəkəri hələ də yüksəkdir. Allahın köməyi ilə tez sağalıb, ayağa qalxacağı günü gözləyirik. Amma hələ ki, həkimlərin ciddi nəzarəti altındadır. Həkimlər hələ ki, anamı evə buraxmağa icazə vermirlər. Müalicə həkimi söylədi ki, hələ xəstəxanada qalmalıdır.

Onu da deyim ki, sonuncu dəfə Mehriban anama moruq mürəbbəsi bişirmişdi. Onu yeyəndən bəri səhhəti belə pisləşib”.

Xalq artistinin oğlu anasının keçmiş köməkçisi Mehriban Hüseynova ilə olan məhkəmə prosesindən də söz açıb:

“Hazırda bu işə Bakı şəhər Prokurorluğunda baxılır. Bu məsələ müstəntiq Cavid Abbasovun icraatındadır. Ümidvarıq ki, bu işə hüquqi qiymət veriləcək. Hələ ki, iki aylıq istintaq dövrü gedir. Ola bilər ki, istintaq müddəti artırılsın”.


00:16 12.11.2015
Xəbər lenti
Bütün xəbərlər