KANAL24.AZ
Az Iw En Ru

Artıq nə zaman öləcəyimizi əvvəldən biləcəyik

Google yeni inkişaf etdirdiyi sistemlə xəstələrin həyat göstəricilərini qiymətləndirərək xəstəxanada olduqları müddət içərisində ölmə ehtimalını hesablayır. Yeni süni zəka xəstənin yaşamaq müddətini göstərməklə yanaşı, xəstəxanada qalma müddətini və xəstəxanaya geri gəlmə ehtimalını də təxmin edə bilir.

 
Kanal24 xəbər verir ki, yeni inkişaf etdirilən sistem adı açıqlanmayan bir qadın üzərində həyata keçiririlib. Süni zəka döş xərçənginin son mərhələsindəki ölüm ehtimalını 19,9 faiz olaraq hesablayıb və xəstə bir neçə gün sonra həyatını itirib.
 
Google-in növbəti addımda xəstəlik əlamətlərinin və diaqnozunun daha məqsədəuyğun keçirilməsini hədəf seçəcəyi deyilir.

17:30 20.06.2018
Xəbər lenti
Bütün xəbərlər