KANAL24.AZ
Az Iw En Ru

AD GÜNÜ.

 

AD GÜNÜ.

Dayanmadan əzrayıl
nə vaxtdı məni qovur.
Istəyirdim dincələm
lap azacıq-
Bir hovur.
Bu qovha-qov,qaça-qaç
məni hara gətirdi?!
Bura cənnət bir məkan,
ətraf güldür,ətirdi.
Indi rahat olmuşam
artıq ağrımır canım
Görünmür əzrayıl da
sakitdir,boşdur yanım...
Dost tanışlarım deyir;
-yaxınlaşır yubileyin!
Yenidən ağrımağa
tez başladı baş-beyin...
Keçirmək istəmirəm
bilin heç vaxt ad günü.
O ömürdən gedirsə
necə sanım şad günü?!
Əzrayıl görüb deyər;
o keçirir yetmişin?
Elə bilirdim onun
bitirmişəm mən işin.
Bu dəfə qutarmaram,
əzrayılın əlindən,
Qorxu var vərdişkarın
hər vaxt bəd əməlindən.
Irad tutmayın mənə
ay dostum,ay qardaşım,
Niyə bilsin əzrayıl
yetmişə çatıb yaşım!
Qəribliyə salmayın
siz Allah bu sözümü
Narahat hiss etməyə
başlamışam özümü.

Hələ bir qədər mənim

yarımçıq işim qalıb .

Duyuq salmayın onu
ucadan hay-küy salıb
Çox da hünər deyildir
çatasan lap doğsana
Ancaq yaxşı əməli
şərəf verər insana!
2017


01:00 01.01.1970
Xəbər lenti
Bütün xəbərlər