KANAL24.AZ
Az Iw En Ru

Ombudsman Aparatının nümayəndəsi İlqar Məmmədovla görüşdü

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsinə (CÇM) əvvəlcədən xəbərdarlıq etmədən baş çəkiblər. 

Bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, MPQ-nin həkim üzvü də başçəkmədə iştirak edib. Başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftarın, habelə daxil olan müraciətlərin araşdırılması, məhkumların hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə zamanı MPQ üzvləri həmin müəssisədə 60-dan çox məhkumu fərdi qaydada dinləyib, habelə bir sıra şəxslər öz xahişləri ilə təkbətək qəbul edilib, söhbətlər aparılıb, görüş, telefon danışığı, tibbi yardımla bağlı müraciətləri yerində araşdırılıb. 

Məhkumlar saxlanılma şəraitindən və rəftardan şikayət etməyiblər.

Məlumatda bildirilib ki, yalnız həmin müəssisədə cəza çəkən REAL Hərəkatının sədri İlqar Məmmədov ona qarşı kobud rəftara yol verildiyini bildirib. O, təkbətək qəbul edilib, MPQ-nin həkim üzvünün iştirakı ilə bədəninə baxış keçirilib, hər hansı xəsarət izi aşkar olunmayıb, müraciəti üzrə qaldırdığı məsələlər yerində araşdırılıb: 

"Yeri gəlmişkən İlqar Məmmədovun vəkillərinin də müraciətləri nəzərə alınmaqla Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müvafiq tədbirlərin görülməsi ilə bağlı müraciət edilib.
Müəssisənin yataqxanalarına, cərimə təcridxanasına, tibb-sanitar hissəsinə, görüş yerlərinə, yeməkxanasına və digər obyektlərə baxışlar zamanı saxlanılma şəraiti, tibbi yardımın təşkili, qidalanma, içməli isti və soyuq su təminatı, sovqat, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb, müvafiq təmir işlərinin aparılması müşahidə olunub, habelə qarşıdan gələn 1 noyabr – Parlament seçkiləri ilə bağlı bu müəssisədə məhkumların seçki hüququnun təmini məqsədilə yaradılan şərait və onların səsvermədə iştirak edəcəkləri seçki məntəqəsinə baxış keçirilib". 


22:04 27.10.2015
Xəbər lenti
Bütün xəbərlər