KANAL24.AZ
Az Iw En Ru

Bakı regional təhlükəsizliyə necə təsir edir? - AÇIQLAMA

Regional təhlükəsizlikdən danışdıqda, başa düşmək lazımdır ki, Cənubi Qafqaz kimi regionda təhlükəsizlik üç əsas tərkib hissədən ibarətdir.

Bu haqda gürcü politoloq Gela Vasadze  Azərbaycanın son illərdə xarici siyasətini qiymətləndirərək bildirib.

“Birinci – nəhəng dünya oyunçularının – Avropa Birliyinin, Çinin və ABŞ-ın bizim regionun sülh və stabilliyinə olan marağı. İkinci – tərkib hissə regional oyunçuların – Rusiyanın, Türkiyənin və İranın marağıdır. Üçüncü isə, Cənubi Qafqaz ölkələrinin öz maraqlarıdır”, - ekspert bildirib.

O qeyd edib ki, əgər Azərbaycanın xarici siyasətini bu üç ölçüdə nəzərdən keçirsək, onda növbəti mənzərə alınacaq:

“Dünya oyunçularının fikrincə, burada üstünlük Avropa Şurasınındır. AŞ nəqliyyat və enerji koridorlarının sabit fəaliyyəti baxımından Azərbaycanın stabilliyinə həddindən artıq maraq göstərir. Son zamanlar Bakı və onun regional tərəfdaşları tərəfindən bu istiqamətdə böyük işlər görülüb.

Əlbəttə ki, ilk növbədə bu, Bakı – Tbilisi – Qars  dəmir yolunun və TANAP qaz kəmərinin tikintisidir. Finişə çatma – buna ümid edəcəyik – Xəzər dənizinin bölünməsi prosesi Mərkəzi Asiyadan Avropaya enerji resurslarının tranziti məsələsində Azərbaycan üçün əlavə imkanlar açır”.

Gürcü politoloq xatırladıb ki, nəqliyyat koridorunun “Bir kəmər – bir yol” nəhəng layihəsi kontekstində Çinin birbaşa marağı və diqqət mərkəzindədir.

“Birləşmiş Ştatlara gəldikdə, regionda birbaşa iqtisadi marağı olmayan Vaşinqton üçün onların regiondakı strateji tərəfdaşı olan Gürcüstanın layihələrdə iştirakının siyasi tərkib hissəsi vacibdir”.

Regional format mövzusuna toxunan Vasadze əlavə edib ki, Bakıda işlər Cənubi Qafqazın digər iki ölkəsindən daha yaxşı gedir.

“Geosiyasi reallıqdan irəli gələrək, Azərbaycan bütün regional oyunçularla uğurla münasibət qurur - həm ikitərəfli, həm də üçtərəfli formatda.

Azərbaycan – Rusiya – İran, Azərbaycan – Gürcüstan – Türkiyə formatları bizim region üçün sistemqurucudur. Bu, o demək deyil ki, dünya və regional dövlətlər öz siyasətlərində Azərbaycandan alət kimi istifadə etməyə cəhd etməyəcəklər.

Əlbəttə, cəhd ediblər və edəcəklər də. Lakin indiyədək bu, onlarda alınmayıb”, - deyə politoloq vurğulayıb.

Üçüncü baxışa gəldikdə isə, məhz Cənubi Qafqazın üç ölkəsi arasındakı münasibətin səviyyəsi Azərbaycan üçün daha böyük risk daşıyır.

Vasadze yekun vuraraq bildirib:

“Səbəblər kifayət qədər aydındır. Əgər Azərbaycan və Ermənistan arasında sülh yoxdursa, bu, o deməkdir ki, müharibə var və döyüşlərin aşağı intensivliyinə baxmayaraq, Qarabağdakı müharibə bu gün reallıqdır. Bu reallıq Cənubi Qafqazın təhlükəsizliyi üçün əsas təhlükədir”.


01:52 10.04.2018
Xəbər lenti
Bütün xəbərlər