KANAL24.AZ
Az Iw En Ru

İnsultla bağlı müraciətlərin sayı artıb – HESABAT

2017-ci ildə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 693600-dən artıq ümumi müraciət daxil olub. Bu da keçən illə müqayisədə 12000 çoxdur. 

Bunu Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini İradə Əliyeva jurnalistlərə açıqlamasında Stansiyanın keçənilki hesabatı haqqında danışarkən deyib. 

O bildirib ki, bu illə müqayisədə keçən il stansiyaya müraciət edənlərin sayında artım müşahidə olunur:

“Müraciətlərdən 63300-dən çoxu xəstəxanaya yerləşdirilmə ilə nəticələnib. Uşaqlar üçün edilən çağırışların sayı 12500-dən artıq olub. Stansiyamızda əvvəllər fəaliyyət göstərən pediatrik  briqadalar bərpa olunub. Bu səbəbdən 2017-ci ildə həkim yanında uşaq ölümü qeydə alınmayıb. 

Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində ağır vəziyyətdə olan və xilas edilən xəstələrin sayı 2000 nəfərdən çox olub. Ürək-qan damar xəstəlikləri ilə bağlı müraciətlərin sayı 150325, hospitalizasiya 12354; miokard infarktı ilə müraciətlərin sayı 865, hospitalizasiya 814-ə yaxın; insultla müraciət edənlərin sayı 3728, hospitalizasiya 3311 olub.

Keçən illə müqayisədə miokard infarktı ilə bağlı müraciətlərin sayında azalma, insultla bağlı müraciətlərin sayında isə artım müşahidə olunur. Sinir sistemi xəstəlikləri ilə əlaqədar müraciətlərin sayı artdığından, belə xəstələrə göstərilən tibbi yardımın keyfiyyətini yüksəltmək məqsədilə, nevrologiya üzrə ixtisasartırma kurslarında dəfələrlə iştirak edən həkimlərdən ibarət xüsusiləşmiş briqadalar yaradılıb”.


19:51 05.04.2018
Xəbər lenti
Bütün xəbərlər