KANAL24.AZ
Az Iw En Ru

KANAL24 - 6 il sizinlə.....

2012 ci il martın 16-da internet üzərindən canlı yayım edərək fəalliyyətə başlamaq uğura gedən yolun başlanğıcıydı…

6 il....kimisinə çox qısa, kimisinə çox uzun,kimisinə də sadəcə adi rəqəm və il..Amma Kanal24 üçün doğma, əziz, sözün qısası yardılış günü. 6 il bundan öncə məhz bu gün balaca bir otaqdan insanlara doğru xəbər,düzgün məlumat, obyektiv yanaşma və qərəsziz mövqe sərgiləmək üçün yarandı Kanal24.Və yarandığı ilk gündən də verdiyi sözü əməli ilə təsdiq edir.6 il müddətində vətəndaşların problemini, dərdlərini, istəklərini işıqlandırmaqla hər kəsin sevimlisinə çevrilən Kanal24 internet televiziyası ölkə məkanında internet üzərindən ən çox izlənən televiziyaya çevrilməyi bacarıb.Bu müddət ərzində bir çox çətinliklər,maneələr, sıxıntıların olmasına baxmayaraq şərəfli və doğru yolundan dönməyən Kanal24 rəhbərliyi və kollektivi hər gün daha da inamla və əzmlə çalışmağı qarşısına məqsəd qoyub.

İnternet mediasında gənc olmasına baxmayaraq öz sözünü demiş Kanal24 bu gün də ən çox izlənilən televiziya olaraq reytinqdə ilk sıranı tutur.Təbii ki,ilk pillədə qərarlaşmaq təsadüfi deyil.Çünki dürüstlüyü,doğruluğu və məsələlərə obyektiv yanaşması insanlarda ona olan inamı gücləndirib və sevdirib.Siz izləyicilərin də sevgisi Kanal24-ü hazırki mövqeyində saxlamağa davam edir.

Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqla yanaşı Kanal24 Azərbaycan-İsrail dostluğunun da təcəssümüdür.Kanal hər iki ölkə arasındakı əməkdaşlıqda körpü rolunu oynayır desək yanılmarıq.

Uğura gedən yolda izləyicilərimizin,oxucularımızın da rolu böyükdür.6 il bizimlə olduğunuza görə sizlərə təşəkkür edirik.

Şərəfli yolda 6 yaşın mübarək Kanal24!!!


20:30 16.03.2018
Xəbər lenti
Bütün xəbərlər