KANAL24.AZ
Az Iw En Ru

Prezident yanğın baş verən Narkoloji Mərkəzə gəldi - FOTO (YENİLƏNDİ)

Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, Prezident İlham Əliyev Bakının Xətai rayonunda Respublika Narkoloji Mərkəzində baş verən yanğınla əlaqədar hadisə yerinə gəlib.

Qeyd edək ki, bu gün saat 06.10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin taxta konstruksiyalı bir mərtəbəli korpusunda yanğın baş verib.

Yanğın saat 09.13-də söndürülüb. Korpusda olan 55 nəfərdən 34-ü xilas edilib. Hadisə yerinin müayinəsi zamanı 24 nəfərin meyiti aşkar edilib.


18:26 02.03.2018
Xəbər lenti
Bütün xəbərlər