KANAL24.AZ
Az Iw En Ru

BƏƏ-Azərbaycan əlaqələri ilbəil inkişaf edir - səfir Alqubaisi

Ümummilli lider Heydər Əliyev və Şeyx Zayed bin Sultan Al Nahyan tərəfindən əsası qoyulmuş Birləşmiş Ərəb Əmirlikləri-Azərbaycan ikitərəfli əlaqələri ilbəil inkişaf edir.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfiri Mohamed Alqubaisi Azərbaycan-BƏƏ əlaqələrini şərh edərkən bildirib.

Səfirin sözlərinə görə, hazırda iki ölkə arasında əlaqələrin inkişafına qarşılıqlı maraq var: "Birləşmiş Ərəb Əmirlikləri 1991-ci ildə Azərbaycanı müstəqil dövlət kimi tanıyan ilk İslam ölkələrindən biridir. Bu, Azərbaycan üçün mühüm bir dəstək idi. Bu gün isə müxtəlif sahələrdə ikitərəfli əlaqələri inkişaf etdirmək üçün hər iki dövlət tərəfindən qarşılıqlı istək var".

O, qeyd edib ki, Azərbaycan və BƏƏ arasında əlaqələrin inkişafında dövlət liderlərinin böyük rolu var: "Tarix bir çox şəxsiyyətlər yetişdirmişdir, lakin onların hamısı tarix yarada bilməmişdir. Şeyx Zayed və Heydər Əliyev bəşər tarixində yerli və beynəlxalq səviyyədə iz qoymuş liderlərdəndirlər. 1994-cü ildə Kasablanka şəhərində İslam Sammiti çərçivəsində Heydər Əliyev və Şeyx Zayed bin Sultan Al Nahyan arasında keçirilən tarixi görüşdən sonra ikitərəfli münasibətlər bütün sahələrdə sürətlə inkişaf etməyə başlamışdır. BƏƏ və Azərbaycan xalqı həm regionda, həm də hər iki ölkədə xidmətlərinə görə bu iki liderə öz sevgisini və minnətdarlığını ifadə edirlər. Ölkələrimiz arasında ikitərəfli əlaqələr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nahyanın dövründə daha da genişlənmişdir və indi də müxtəlif sahələrdə ildən-ilə inkişaf edir".

Mohamed Alqubaisi bildirib ki, Şeyx Zayedin dövlət qarşısındakı xidmətləri nəzərə alınaraq bu il BƏƏ-də "Zayed ili" elan edilib: "Şeyx Zayedin BƏƏ-nin çiçəklənməsindəki rolunu nəzərə alaraq, Prezident Şeyx Xəlifə bin Zayed Al Nahyan 2018-ci ilin BƏƏ-də "Zayed ili" şüarını daşıyacağını açıqlayıb. Bu gün ölkəmizdəki təhlükəsizlik, sabitlik, əmin-amanlıq və yüksək səviyyəli həyat keyfiyyəti Şeyx Zayed bin Sultanın əsasını qoyduğu və övladları tərəfindən davam etdirilən siyasətin nəticəsidir. Ölkəsinə, işinə sədaqəti, vətəninin tərəqqisi və rifahı üçün atdığı addımlar bu dahi şəxsiyyətin vətəninə qazandırdığı uğurlarla bağlıdır. Bu gün isə Şeyx Xəlifə bin Zayed Şeyx Zayed bin Sultanın ən böyük oğlu, atasının xələfi kimi onun qoyduğu inkişaf və tərəqqi yolunu davam etdirir".

Qeyd edək ki, Şeyx Zayed bin Sultan Al Nəhyan 1918-ci ildə Abu-Dabidə Al Hüsn sarayında dünyaya göz açıb. Atası Şeyx Sultan Bin Zayed 1922-1926-cı illərdə Əbu-Dabi hökmdarı olub. O, 1971-ci il dekabrın 2-də BƏƏ Federasiyasının ilk prezidenti olub. Daha sonra Ali Şura tərəfindən bir neçə dəfə prezident seçilib.

Prezident Şeyx Zayed uğurlu fəaliyyətinə və xidmətlərinə görə çoxsaylı beynəlxalq mükafatlara layiq görülüb


22:56 01.03.2018
Xəbər lenti
Bütün xəbərlər