Sabirabad rayonunda traktor 6 yaşlı uşağı vurub.
Hadisə rayonun Moranlı kəndində qeydə alınıb. Sabirabad rayonunun Moranlı kənd sakini, 2012-ci il təvəllüdlü Əsədli Cəlil Telman oğlu traktorun altında qalaraq ölüb.
Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır.