KANAL24.AZ
Az Iw En Ru

Taleh Bağırovun silahdaşına CƏZA TƏLƏBİ

Müsəlman Birliyi Hərəkatının həbsdə olan koordinatoru Əhsən Nuruzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.

O, Əhsən Nuruzadənin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Növbəti proses martın 6-da davam edəcək.

İttihama görə, Əhsən Nuruzadə ötən il oktyabrın 6-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub.

O, Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədi ilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham edilir.

İstintaq sənədlərinə görə, onun üzərindən 14.775 qram heroin tapılıb.


01:35 28.02.2018
Xəbər lenti
Bütün xəbərlər