KANAL24.AZ
Az Iw En Ru

Bir tut ağacı kəsdi, 2000 manat cərimələndi

Qaradağ rayonu, Sahil qəsəbəsi, S.Balaqardaşov küçəsində qanunsuz ağac kəsilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bununla bağlı nazirliyə daxil olan şikayət əməkdaşlar tərəfindən yerində araşdırılıb.

Sözügedən ünvana keçirilən baxış zamanı diametri 20-24 sm olan 1 ədəd tut ağacının kəsildiyi aşkar edilib. Araşdırma zamanı ağacın Qaradağ rayonu, Sahil qəsəbə sakini Kamil Paşayev tərəfindən kəsildiyi və təbiətə 600 manat məbləğində ziyan dəydiyi məlum olub.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, fiziki şəxs qismində 2000 manat məbləğində cərimə olunub.


19:58 26.02.2018
Xəbər lenti
Bütün xəbərlər