KANAL24.AZ
Az Iw En Ru

Qubada məmuru bıçaqlayan şəxsə ağır cəza

Bakı Ağır Cinayətlər Məhkəməsində Quba rayon sakini Quba rayon sakini Şakir Mədətovun CM-nin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ötən il sentyabrın 11-də Quba Rayon İcra Hakimiyyətinin şöbə müdiri Nizaməddin Əmrullayevə 2-ci Nügədi kənd sakini Şakir Mədətov bıçaqla xəsarətlər yetirib. Nəticədə sonuncu ağır vəziyyətdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və üzərində cərrahi əməliyyat aparılıb. 

Onun həyatını həkimlər xılas ediblər. Həmin gün şübhəli şəxsi Quba RPŞ-nın əməkdaşları saxlayıblar. 

İstintaqın gedişatında məlum olub ki, Əmrullayevlə Mədətov arasında mübahisə torpaq sahəsinə görə baş verib. Belə ki, Şakir Mədətov meşəlik ərazidə istirahət mərkəzi işlədirb, həmin əraziyə yaxın yerdə şöbə müdirinin də obyekti olub. Mübahisə də iki həmkəndli arasında bu səbəbdən baş verib. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 11 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.


00:55 24.02.2018
Xəbər lenti
Bütün xəbərlər