“Kaspersky Lab” şirkəti android cihazlarında “WhatsApp” mesajlaşma plaformasında sizin şəxsi məlumatlarınızı və mesajlarınızı oğurlaya bilən virus aşkar ediblər.
Kanal24 xəbər verir ki, bu virusun adı Skygofree-dir. O böyük mobil operatorların internet saytlarına bənzər saytlardan yayılır. Bu cür saytlarda istifadəçilərə “internet sürətləndiricisi” kimi təqdim olunan əlavələr məsləhət görülür və həmin linkə daxil olanlar artıq bu virusun daşıyıcısı olurlar.
“Skygofree bu platforma üçün yaradılmış ən güclü virusdur” – analitiklər qeyd ediblər.