KANAL24.AZ
Az Iw En Ru

Seul və Pxenyan qış Olimpiadasına qadınların vahid xokkey komandasını çıxaracaq

Seul və Pxenyan arasında danışıqların üçüncü raundunda Pxençxan qış Olimpiya oyunlarına qadınların vahid xokkey komandasını çıxarmaq barədə razılıq əldə olunub.

Bu barədə məlumat Cənubi Koreya Standartlaşdırma Nazirliyinin rəsmi bəyanatında yer alıb.

Danışıqlar zamanı, həmçinin Oyunların açılış mərasimində Cənubi Koreya və KXDR komandalarının stadiondan bir bayraq altında keçməsi qərara alınıb. Şimali Koreya Olimpiadaya ümumilikdə 550 nəfərlik nümayəndə heyəti göndərəcək.


01:24 18.01.2018
Xəbər lenti
Bütün xəbərlər