KANAL24.AZ
Az Iw En Ru

Öldüyü deyilən məhbus morqda oyandı

Öldüyü həkimlər tərəfindən təsdiqlənən məhbus morqda oyanıb.

Hadisə İnspanyanın Asturiya  şəhərində, həbsxanaların birində baş verib.

29 yaşlı məhbus Qonzalo Montoya Ximenez öz hücrəsində huşsuz vəziyyətdə tapılıb. Xəstəxanada 3 həkim tərəfindən tibbi müayinədən keçirildikdən sonra ölü olması təsdiqlənib və morqa aparılıb.

Tibbi müayinəyə aparılmadan bir neçə saat öncə morqdan məhbusun səsi eşidilib və onun sağ olduğu məlum olub. Ximenezin hazırda Mərkəzi Asturiya xəstəxanasında müalicə aldığı bildirilir.

Ximenezin gözlərini açdıqdan sonra ilk olaraq arvadını görmək istəyib.

 


00:19 18.01.2018
Xəbər lenti
Bütün xəbərlər