KANAL24.AZ
Az Iw En Ru

Peskov Putinin səhhəti barədə

Rusiya Federasiyasının prezidenti Vladimir Putin tamamilə sağlamdır.

Bu bu bəyanatı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov səsləndirib.

“Sizi əmin edə bilərəm ki, prezident tamamilə sağlamdır, hətta səhhəti bir çoxlarından üstündür”, - deyə Peskov bildirib.  

Jurnalistlər Putinin səhhəti ilə bağlı məlumatların təfsilatlı şəkildə ictimailəşdirilməsi məsələsini qaldırsa da, Peskov  ölkə qanunvericiliyində bu cür formatların nəzərdə tutulmadığını diqqətə çatdırıb.

“Qanunvericilikdə prezidentin səhhəti barədə bu və ya digər məlumatların icbari qaydada ictimailəşdirilməsi deyilən bir müddəa yoxdur”, - deyə Peskov bildirib.

Xatırladaq ki, Ağ Ev ABŞ prezidenti Donald Trampın səhhəti barədə ABŞ ictimaiyyətini məlumatlandırmışdı.


00:17 18.01.2018
Xəbər lenti
Bütün xəbərlər