KANAL24.AZ
Az Iw En Ru

Şimali Koreyada yollar pullu olacaq

Şimali Koreyada yanvarın 20-dən etibarən bir çox avtomobil yolları, o cümlədən turistlərin daha çox istifadə etdiyi Pxenyan-Vonsan avtomagistralında hərəkət ödənişli olacaq.

Bu barədə Rusiyanın KXDR-dəki səfirliyi diplomatik missiyanın “Facebook” səhifəsində məlumat paylaşıb.

“Ölkənin əsas avtomagistrallarında “tol-qeyt”lər (şlauqbaumlu ödəniş məntəqələri) quraşdırılır”, - deyə xəbərin mətnində deyilir. Rusiya səfirliyi bildirir ki, yayda şimali Koreya paytaxtından Yapon dənizi sahilindəki Vonsan plyajına istirahətə yollanmağı sevən ruslar bundan sonra avtomobilə görə səkkiz avrosundan (ikitərəfli) keçməli olacaq.

Diplomatik missiya məlumatda yeni qaydaların təkcə ruslara deyil, bütün xarici və yerli avtomobil sahiblərinə şamil olunduğunu vurğulayıb.


18:25 17.01.2018
Xəbər lenti
Bütün xəbərlər