KANAL24.AZ
Az Iw En Ru

Yasamalda mənzildə kişi meyiti tapıldı

Yasamalda 53 yaşlı kişi meyiti tapılıb.

Kanal24 Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1964-cü il təvəllüdlü Sivuşkin Dmitriy Gennadiyeviçin cəsədini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

00:39 13.01.2018
Xəbər lenti
Bütün xəbərlər