KANAL24.AZ
Az Iw En Ru

Kür çayının Şıxlı-2 məntəqəsində suyun tərkibində fenollar normadan 3 dəfə yüksək olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə yanvar ayında növbəti monitorinq həyata keçirib.

Departamentdən  yanvar ayının birinci ongünlüyündə Kür çayında suyun sərfi dekabr ayının üçüncü ongünlüyünə nisbətən saniyədə 1 kubmetr azalaraq saniyədə 213 kubmetr təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 3, Ağstafaçay və Ağstafaçay su anbarında 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Yanvar ayının birinci ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə, fenollar Araz çayı üzrə Horadizdə, Bəhrəmtəpədə və I Şahsevəndə 2 dəfə YVQH-ni keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 6,79-7,90 milliqram/litr arasında olmaqla sanitar norma daxilində dəyişib.


23:46 12.01.2018
Xəbər lenti
Bütün xəbərlər