KANAL24.AZ
Az Iw En Ru

Dünyanın ən hündür oteli bu il Dubayda açılacaq

Dünyanın ən hündür oteli bu il Dubayda açılacaq. 

 
75 mərtəbəli binanın hündürlüyü 356 metrdir.
 
Bildirilir ki, yeni otel The Gevora indiyədək dünyanın ən hündür oteli sayılan JW Marriott Marquis Dubai-dən hündürdür. Adı çəkilən otelin hündürlüyü 355 metrdir. Ticarət mərkəzi sayılan Şeyx Zayed küçəsində yerləşən Gevora oteli 528 nömrədən və dörd restorandan ibarətdir.
 
Lyuks dərəcəli ən kiçik otel nömrəsi 46 kv.m, ən böyüyü isə 85 kv.metrdir. Yeni otel “Yaxın Şərqdə ən yaxşı eksklyuziv və qonaqpərvər otel” kimi ad çıxaracağını vəd edir.
 
Əvvəllər iz.ru portalı xəbər vermişdi ki, dünyanın ən hündür oteli bu il Tibetin Lxas şəhərində tikiləcək.

17:40 08.01.2018
Xəbər lenti
Bütün xəbərlər