KANAL24.AZ
Az Iw En Ru

Millət vəkili 4 ölkənin fəal xanımları ilə görüşdü - Foto

Milli Məclisin deputatı Qənirə Paşayeva Nigeriya, Uqanda, Liberiya və Zambiyanın ictimai xadim qadınları, tanınmış təşkilat və QHT rəhbərləri ilə görüşüb.

Görüşdə millət vəkili Azərbaycan qadınlarının cəmiyyətdə rolu və ölkəmizlə bağlı həqiqətlər barədə danışıb.

Q.Paşayeva deyib ki, Ermənistan Azərbaycan torpaqlarında vandalizm aktları törədib və 1 milyon azərbaycanlı, yüz minlərlə azərbaycanlı qadın öz yurd-yuvasından qaçqın və məcburi köçkün düşüb və onların fundamental insan haqlarının pozulması bu gün də davam edir, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan vermir.

Görüşdəki fəal xanımlar Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına önəm verdiklərini deyərək, münasibətlərin getdikcə inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar. Qadın siyasətçlər, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğunun vurğulandığı görüşlərdə qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inam vurğulanıb.

Q.Paşayeva görüşün sonunda onlara Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materialları təqdim edib.


21:45 02.01.2018
Xəbər lenti
Bütün xəbərlər