KANAL24.AZ
Az Iw En Ru

Qənirə Paşayeva sosial reklamların vacibliyindən danışıb

Millət vəkili Q.Paşayeva MM-də sosial reklamların vacibliyindən danışıb və əhalinin maariflənməsinə xidmət edən sosial reklamların televiziya və küçə bilbordlarında yox dərəcəsində olmasını kəskin tənqid edərək bununla bağlı qanunvericilikdə də məsələlər səırtləşdirilməlidir deyib və qurumlara çağırış edib.  

 
Millət vəkili Qənirə Paşayeva bildirib ki, tv-lərdə, küçələrdə bilbordlarda sosial reklamlar, sosial roliklər yox dərəcəsindir çox azdır.  "Bu roliklər efirlərdə pulsuz yerləşdirilməlidir. Milli qəhrəmanlarımız, Qarabağla bağlı, hərbi vətənpərvərliklə bağlı, səhiyyə, təhsil, yol-nəqliyyat təhlükəsizliyi, ailə mövzularında sosial reklamların və roliklərin əhalinin diqqətini həmin məsələyə yönəltməkdə,  maaarifləndirmədə xüsusi bir yeri var.  Amma biz onları nadir görürük təəssüf ki… Millət vəkili sosial reklamlarla bağlı məsələyə xüsusi diqqət ayıraraq bildirib ki, sosial reklamların ödənişsiz və tez-tez yayımlanması məsələsi çox  vacibdir.  Əhalinin maarifləndirilməsində sosial reklamların böyük əhəmiyyətindən danışan millət vəkili Qənirə Paşayeva televiziyalar sosial reklamları ödənişsiz, tez-tez  yayımlayarsa, bu, əhali arasında çox ciddi məsələlərlə bağlı təbliğat-təşviqat işlərinin, maarifləndirmənin daha geniş yayılmasına ciddi təkan verə bilər. Bəzi ölkələrin sosial reklamlarla bağlı təcrübəsini misal gətirən millət vəkili Qənirə Paşayeva Azərbaycanda da sosial reklamlar bağlı məsələnin ciddi şəkildə öz həllini tapmasının vacibliyini vurğulayıb. Sosial reklamlar və əhalinin daha geniş maarifləndirilməsi üsullarına toxunan Q.Paşayeva KİV-i də bu məsələyə daha geniş önəm və yer verməyə çağırıb. "Əhalinin tibbi maarifləndirilməsinin, ailə dəyərlərininin, təhsilin  ciddi şəkildə təbliği bu günümüz və gələcəyimiz üçün ən önəmli məsələlərdən biridir və onlarla bağlı sosial reklamların sayı artmalıdır və tez-tez yayımlanmalıdır və bu istiqamətdə qanunvericilik sahəsində də gərəkirsə, addımlar atılmalıdır,  əlavə və düzəlişlərlə müvafiq qurumlar qarşısında bu məsələ ilə bağlı ciddi öhdəliklər qoyulmalıdır”.

19:43 18.11.2017
Xəbər lenti
Bütün xəbərlər