KANAL24.AZ
Az Iw En Ru

Deputat bu reklamların pulsuz olmasını təklif etdi

Əhalinin maariflənməsinə xidmət edən sosial reklamlar televiziya və küçə bilbordlarında yox dərəcəsindədir, ona görə də qanunvericilikdə bununla bağlı məsələlər sərtləşdirilməlidir.

Kanal24 xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə bugünkü iclasında çıxışı zamanı bildirib. O vurğulayıb ki, televiziya və küçələrdə bilbordlarda sosial reklamlar, sosial roliklər pulsuz yerləşdirilməlidir:

“Milli qəhrəmanlarımız, Qarabağ, hərbi vətənpərvərlik, səhiyyə, təhsil, yol-nəqliyyat təhlükəsizliyi, ailə mövzularında sosial reklam və roliklərin əhalinin diqqətini həmin məsələyə yönəltməkdə, maarifləndirmədə xüsusi bir yeri var. Amma təəssüf ki, biz onları nadir görürük. Sosial reklamların ödənişsiz və tez-tez yayımlanması çox vacibdir. Televiziyalar sosial reklamları ödənişsiz yayımlayarsa, bu, əhali arasında çox ciddi məsələlərlə bağlı təbliğat-təşviqat işlərinin daha geniş yayılmasına təkan verə bilər”.

Sosial reklamlar və əhalinin daha geniş maarifləndirilməsi üsullarına toxunan millət vəkili KİV-ləri də bu məsələyə daha geniş yer verməyə çağırıb:

“Əhalinin tibbi maarifləndirilməsinin, ailə dəyərlərininin, təhsilin ciddi şəkildə təbliği gələcəyimiz üçün ən önəmli məsələlərdəndir. Bu istiqamətdə qanunvericilik sahəsində addımlar atılmalıdır, əlavə və düzəlişlərlə müvafiq qurumlar qarşısında ciddi öhdəliklər qoyulmalıdır”.


02:57 18.11.2017
Xəbər lenti
Bütün xəbərlər