Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov bəzi deputatların intizamsızlıqda irad tutub.
Iclasın gündəliyinə səsvermə zamanı deputatların səsvermədən yayınması spikerin narazılığına səbəb olub: “Bir az sakit olun! Burada iclas gedir, siz orada ikinci iclas açmısınız. Diqqətiniz burada olsun”.