KANAL24.AZ
Az Iw En Ru

10-cu Yubiley Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri sərgisi keçiriləcək

18-21 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionda təhlükəsizlik üzrə yeganə tədbir sayılan 10- cu Yubiley Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri "Securika Caspian 2017" sərgisi keçiriləcək. Bu işgüzar fəaliyyət meydançasında tədbir iştirakçıları biznesin gələcək inkişafı naminə sahə mütəxəssisləri ilə qarşılıqlı faydalı əlaqələr qurmaq üçün unikal imkan əldə edirlər. Sərgi həm də bu sahənin inkişafı və mühüm strateji razılaşmaların əldə olunması üçün lazımı şərait yaradır.

Sərgiyə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən rəsmi dəstək göstərilir. Sərginin təşkilatçıları qismində "Iteca Caspian" və onun Böyük Britaniyalı tərəfdaşı "ITE Group" şirkətləri çıxış edirlər.

Bu il "Securika Caspian 2017" sərgisinin iştirakçıları, o cümlədən Azərbaycan, Rusiya, Qazaxıstan, Türkiyə və digər ölkələrin nümayəndələri təhlükəsizliyin təmin olunması üzrə texniki vasitələr, qapalı mühafizə televiziyası və müşahidə kameraları, qəza-xilasetmə texnikası, smart kartlar, girişə nəzarət sistemi, yanğın və mühafizə siqnalizasiyaları, texniki yanğın kameraları, yanğın əleyhinə xüsusi təyinatlı avadanlıqlar və bir sıra digər məhsullar təqdim olunacaq.

Sərginin işgüzar proqramı çərçivəsində sözü gedən sənaye sahəsinin peşəkarları üçün ikitərəfli biznes görüşlərinin keçirilməsi planlaşdırılır. "Securika Caspian 2017" regionda təhlükəsizlik üzrə yeganə beynəlxalq ixtisaslaşdırılmış sərgidir.


 
 

"WorldBuild Baku" və "Aquatherm Baku" sərgiləri ilə eyni meydançada keçirilən "Securika Caspian 2017" sərgisi "Xəzər İnşaat Həftəsi"-nin tərkib hissəsidir.

Sərgi haqqında ətraflı məlumat, eləcə də elektron dəvətnamə rəsmi saytdan www.securika.azəldə edə bilərsiniz.


17:33 11.11.2017
Xəbər lenti
Bütün xəbərlər