KANAL24.AZ
Az Iw En Ru

Nazir müavini: "Azərbaycan və Aİ arasında yeni saziş üzrə mövqelərdə yaxınlaşma var"

Siyasi məsələlər və təhlükəsizlik Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında strateji əməkdaşlıq üzrə yeni sazişə dair növbəti danışıqlar mərhələsində əsas müzakirə mövzusudur.

Kanal24 xəbər verir ki, bu barədə Trend-ə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.

Nazir müavini deyib: "Avropa İttifaqı ilə danışıqlar üç blok üzrə aparılır - siyasi məsələr və təhlükəsilik, ticarət və investisiyalar, eləcə də sektorial blok. Bu gün üçün ayrı-ayrı razılaşdırılmış elementlər var, lakin bu bloklardan hər hansı biri üzrə isə tam razılaşma hələ yoxdur. Lakin ümumiyyətlə, mövqeləridə yaxınlaşma var".

Onun sözlərinə gröə, bu gün 2-3 iclas artıq keçirilib, eləcə də video-konfrasnlar, yazışmalar apaılıb.

 

Nazir müavini danışıqlar prosesinin tam başa çatacağı dəqiq tarixi qeyd etməyib.


16:46 10.11.2017
Xəbər lenti
Bütün xəbərlər