KANAL24.AZ
Az Iw En Ru

Bakıda "kukruz" fırıldaqçıları peyda oldu

Paytaxtdakı marektlərin birində alış-veriş edən alıcı maraqlı bir mənzərə ilə qarşılaşıb.

Müştəri almaq istədiyi “kukruz”un üzərində istehsal tarixinin 2017-ci ilin dekabr ayına aid olduğunu görüb.

Məhsulun istehsal tarixinin 2 ay önə çəkilərək istehsalçının aldadılması məsələsinə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, dövlət orqanları tərəfindən məsələ qaldırılarsa, həmin istehsalçını 1500 AZN cərimə gözləyir:

“Azərbaycanda üzərindəki istehsal tarixi gələcəkdə göstərilən məhsullar var. Bu, istehlakçıların aldadılması, əksər hallarda köhnə malların istehlakçılara təzə adı ilə satılmasıdır. Bu səbəblə, xüsusi ərzaq mallarını alarkən diqqətli olmaq lazımdır. Məhsulun istehsal tarixi ilə yanaşı saxlanma şəraitinə də fikir verilməlidir”.


02:57 09.11.2017
Xəbər lenti
Bütün xəbərlər