KANAL24.AZ
Az Iw En Ru

Bakı metrosunda tam fərqli vaqonlar görəcəyik

Bakı Metropolitenində gələcəkdə yeniliklər gözlənilir.

Bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin İstismar üzrə baş mühəndisi Əlixan Osmanov deyib.

Onun sözlərinə görə, hazırda mövcud stansiyaların yenilənməsi və yeni avadanlıqlarla təchiz edilməsi planlaşdırılır:

 

"Eyni zamanda, vaqon parkının yenilənməsi və yeni xətlərdə qatarların hərəkətinin təşkili üçün Rusiyanın "Metrovaqonmaş" ASC ilə müqavilələr bağlanacaq və yeni nəsil vaqonlar alınacaq. Artıq ötən il həmin zavoddan 15 vaqon alınaraq istismara verilib. Həmin vaqonlar həm havalandırma, həm də kondisioner sistemləri ilə təchiz olunub, həm sərnişinlər üçün rahat vaqonlardır. Növbəti alınacaq yeni nəsil 765 seriyalı vaqonlar isə bunlardan da rahat və gözəl olacaq".


21:48 08.11.2017
Xəbər lenti
Bütün xəbərlər