KANAL24.AZ
Az Iw En Ru

Bakıda mənzilə xəncərli basqın

Bakıda quldurluq hadisəsi baş verib. 

Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsindəki  binada yaşayan Məmmədov Azər Məmmədhəsən oğlu polisə müraciət edərək, bildirib ki, iki maskalı şəxs gecə saatlarında onun evinə basqın edib. 

Həmin şəxslər evdən 2300 manat pul və bir cüt ayaqqabı götürərək qaçıblar.

A.Məmmədov şikayət ərizəsində basqın edən şəxslərdən birini qohumuna oxşatdığını deyib.

Araşdırma aparılır.


00:18 28.10.2017
Xəbər lenti
Bütün xəbərlər