KANAL24.AZ
Az Iw En Ru

Mağazadan 30 min manatlıq oğurluq edən satıcı saxlanıldı

Bakı şəhərindəki mağazadan 30 min manatlıq oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 25-də Azadlıq prospektindəki mağazaların birindən 30000 manat dəyərində mobil telefon aksesuarları oğurlamaqda şübhəli bilinən, orada satıcı işləyən paytaxt sakini Eşqin Nəbiyev saxlanılıb.


19:55 27.10.2017
Xəbər lenti
Bütün xəbərlər