KANAL24.AZ
Az Iw En Ru

Sevgilisi qardaşı tərəfindən öldürülən qız intihar etdi

Şəmkirdə faciəli hadisə olub.

Hadisə Şəmkirin Zəyəm qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1996-cı il təvəllüdlü Ayşən Azər qızı Xəlilova yaşadığı evdə özünü asıb.
 
A.Xəlilova intihar etməzdən əvvəl məktub yazıb. Məktubda o, ölümündə heç kimin günahkar olmadığını qeyd edib.
 
O, qardaşı tərəfindən sevdiyi oğlanın qətlə yetirilməsinə dözə bilmədiyini, məhz buna görə canına qəsd etdiyini bildirib.  
 
Qeyd edək ki, oktyabrın 20-də Şəmkir rayonu Zəyəm qəsəbəsinin sakini, 17 yaşlı Həsrət Xəlilov həmkəndlisi, 28 yaşlı Tural Məmmədovu bıçaqlayaraq qətlə yetirib.
 
Məlumata görə, Həsrət Xəlilov Tural Məmmədovu bacısı ilə yaxın münasibətlərdə olduğu üçün öldürüb. 


02:20 27.10.2017
Xəbər lenti
Bütün xəbərlər