KANAL24.AZ
Az Iw En Ru

Narkotiki anasının evində gizlətdi, "canını qurtara bilmədi" - VİDEO - FOTO

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.

Kanal24 ARB TV-yə istinadla xəbər verir ki, daxil olan əməliyyat məlumatı əsasında İsmayıllı şəhər sakini Elməddin Ələsgərov saxlanılıb.

Ələsgərovun Talıstan kəndində yaşayan anasının evində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı onun tövlədə və həyətdə olan yarımçıq tikilidə gizlətdiyi 1 kiloqram 960,3 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktla əlaqədar İsmayıllı rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

 


02:04 27.10.2017
Xəbər lenti
Bütün xəbərlər