KANAL24.AZ
Az Iw En Ru

Şahid: "Mal-qara dərmanını südə qatıb uşağa verib" - MƏHKƏMƏ - YENİLƏNDİ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı qızına zəhər verib öldürməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

Hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi iclasda prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən təqsirləndirilən şəxs özünü təqsirli bilməyib. G. Saypullayeva deyib ki, başında xəstəlik var, bunu bilərəkdən etməyib.
 
G. Saypullayevanın həyat yoldaşı Bəxtiyar Ömərov iclasda ifadə verib. Bildirib ki, G. Saypullayeva qızına yaxşı baxıb: "Mən həmin gün heyvanları otlağa aparmışdım. Sonra eşitdim ki, uşağın vəziyyəti pisdir. Həkimə aparanda yolda öldü. Gülnarə dedi ki, mal-qaranı yumaq üçün olan dərmanı südə qatıb uşağa verib. Səbəbin soruşanda "başıma nəsə fikir gəldi, elədim, dedi".
 
B. Ömərov deyib ki, uşaq onun yox Gülnarənin övladı olub və doğulandan ona atalıq edib, soyadını verib.
İclasda şahid qismində ailənin yaşadığı feramanın sahibi olan Rafiq Rəhmanov da ifadə verib. Bildirib ki, həmin ailəni mehriban ailə kimi tanıyıb: "Onlara ev vermişdim orada qalırdılar. Sonra eşitdim uşağın vəziyyəti pisdir. Xəstəxanaya aparanda uşaq öldü. Gülnarə də sonradan hər şeyi boynuna aldı. Uşağın ağzından köpük gəlirdi. Mən Luizanı nəvəm kimi çox istəyirdim. Mənə baba deyirdi, ona oyuncaqlar alırdım".
 
Proses oktyabrın 25-də davam edəcək.

********

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 5 yaşlı qızını südə zəhər qataraq öldürməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın məhkəmə iclası davam etdirilib.

Kanal24 report.az-a istinadən bildirir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin hüquqi varisi, qətlə yetirilən uşağın atası Bəxtiyar Ömərovun olduğu qeyd edilib.

B.Ömərov Qusar rayonunun Hil kəndində yaşadığını söyləyib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. Elan olunmuş ittiham üzrə G.Saypullayeva özünü təqsirli bildiyini deyib.

B.Ömərov ifadəsində söyləyib ki, ailələri normal olub: "Mal-qaranı çölə aparmışdım. Mənə dedilər ki, yoldaşım uşağı axtarır. Sonra "təcili tibbi yardım" maşını ilə xəstəxanaya apardıq. Uşaq yolda keçindi. Gülnarədən bu barədə soruşdum. Bildirdi ki, mal-qaraya verdiyimiz dərmanı südün içərisində uşağa verib. O, "başıma nəsə gəlib deyə dərmanı verdim" dedi. Gülnarə bilmirdi ki, həmin dərman mal-qara üçündür".

Məhkmədə G.Saypullayeva bildirib ki, dərman verib öldürdüyü uşağın atası Seymur Güləliyevdir.
B.Ömərov da həyat yoldaşının dediklərini təsdiqləyib: "O, mənim qızım deyildi. Uşaq vaxtdan Luizanı saxlamışdım. Ona atalıq edirdim".

Təqdirləndirilən G.Seyfullayeva ərinin düzgün danışmadığını deyib: "Sən bilirsən ki, mən xəstəyəm. İttihamda yazılıb ki, mən qızımı öldürmüşəm. Mən neçə il səninlə yaşamışam. Sizə yemək bişirmişəm, qulluq etmişəm. Axı niyə düz olanları danışmamısan? Niyə ifadəndə mənim xəstə olduğumu, əsəblərimin yerində olmadığını deməmisən".

Şahid qismində Rafiq Rəhmanov dindirilərkən qeyd edib ki, B.Ömərovla ailəsi onun fermasında işləyib. O, hadisə zamanı uşağın ağzından köpük gəldiyini deyib: "Xəstəxanaya aparanda Luiza öldü. Gülnarə uşağına qarşı çox mehriban idi".

Məhkəmənin növbəti iclası oktyabrın 25-nə təyin edilib.

Qeyd edək ki, bu il iyunun 14-də Qusar rayonunun Hil kəndindən 5 yaşlı Luiza Saypullayeva ölmüş vəziyyətdə xəstəxanaya gətirilib. Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılan araşdırmalarla uşağın anası G.Saypullayeva tərəfindən südünə zəhər qatılmaqla qəsdən öldürülməsi müəyyən edilib.

G.Saypullayeva şübhəli şəxs qismində tutulub.


20:27 18.10.2017
Xəbər lenti
Bütün xəbərlər