KANAL24.AZ
Az Iw En Ru

Beynəlxalq Səhiyyə "BIHE 2017" sərgisində bir sıra saziş imzalandı

23-cü Azərbaycan Beynəlxalq Səhiyyə "BIHE 2017" sərgisinin birinci iş günü böyük uğurla keçib, belə ki, səhiyyə sektorunun farmakologiya sahəsində bir sıra mühüm saziş imzalanıb. Sərgi çərçivəsində yerli şirkətlər ilə Belarusun "Belmedpreparatı" dərman zavodu və Borisovsk Dərman Preparatları Zavodu arasında dərman vasitələrinin təchizinə dair 5 saziş imzalanıb.

Sazişlərin ümumi dəyəri 7.000 000 ABŞ dollarından artıq təşkil edir.

İmzalama mərasimində Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Elsevər Ağayev və sərgini ziyarət edərək tədbirim rəsmi açılış mərasiminə qatılmış Belarusun səhiyyə naziri Valeri Malaşko da iştirak edib. V. Malaşko öz nitqində bildirib ki, Belarus Azərbaycanın farmakologiya sənayesinin inkişafında iştirak etməyə hazırdır: " - Hazırda sadəcə bunu deyə bilərəm ki, bu, birgə müəssisə olacaq. Azərbaycan tərəfdən layihədə Azərbaycan İnvestisiya Şirkətinin iştirakı planlaşdırılır." - deyə V. Malaşko qeyd edib. Ümumilikdə, "BIHE 2017" sərgisində Belarusun 8 farmakoloji şirkəti iştirak edir.

Həmçinin sərgi çərçivəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və "Hayat Pharm" ASC respublikada farmakoloji sənayenin yaradılması və inkişaf etdirilməsi üzrə qarşılıqlı Anlaşma Memorandumu imzalayıblar.

Sözügedən memorandum iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov və "Hayat Pharm" şirkətinin Baş direktoru Ramin Hacıyev tərəfindən imzalanıb. Nazir müavinin sözlərinə görə, bu memorandumda Farmakoloji Preparat İstehsalçıları Assosiasiyasının yaradılması ilə yanaşı, dərman preparatlarının ixracı və bu sahədə elmi-tədqiqat fəaliyyətinə investisiya yatırılmasının təşviq
olunmasının zəruriliyi qeyd edilib. Bir faktı da qeyd edək ki, ilk farmakoloji zavod olan "Hayat Pharm" şirkəti Azərbaycan və Rusiya arasında birgə layihədir. Rusiya tərəfdən bu layihədə "R-Farm" şirkəti iştirak edir.

 

Plana əsasən, zavod 2020-ci ildə tam istehsal gücü ilə fəaliyyətə başlayacaq. "- Ümumilikdə, müəssisədə 89 növ dərman vasitəsi, 58 beynəlxalq patentləşdirilməmiş (generik) preparat istehsal olunacaq. Zavodun istehsal gücü 22,5 milyon qutu və ya 500 milyon həb və kapsul təşkil edəcəkdir." - deyə N. Səfərov bildirib.

Sərgi öz işini 30 sentyabr tarixinə kimi davam etdirəcək.


23:40 29.09.2017
Xəbər lenti
Bütün xəbərlər