KANAL24.AZ
Az Iw En Ru

XİN: Azərbaycan İraqın ərazi bütövlüyünü tanıyır və tam şəkildə dəstəkləyir

Azərbaycan İraqın ərazi bütövlüyünü və suverenliyini tanıyır, tam şəkildə dəstəkləyir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin İraqın Kürdüstan regional vilayətində keçirilən referendumla bağlı bəyanatında deyilir.

XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu barədə oxu.az-a məlumat verib: “Azərbaycan İraq Respublikasının mərkəzi hakimiyyəti və İraqın Kürdüstan regional vilayəti ilə məsələlərin sülh yolu ilə, qarşılıqlı anlaşma və dialoq şəraitində, İraqın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin tərəfdarıdır”.


21:07 29.09.2017
Xəbər lenti
Bütün xəbərlər