KANAL24.AZ
Az Iw En Ru

İşsizlərə 484 vakant iş yeri

İyulun 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin təşkilatçılığı ilə Qubada işsiz və işaxtaran vətəndaşlar üçün növbəti əmək yarmarkası keçirilib. Yarmarkada rayonda fəaliyyət göstərən 20-yə yaxın idarə, müəssisə və təşkilatlardakı 484 vakant iş yeri işsiz və işaxtaran şəxslərə təklif olunub. 
 
 
Əmək yarmarkasında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə iş yerləri də təqdim edilib. Bununla yanaşı, peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlərin qeydiyyatı aparılıb. 
 
 
Vakant iş yerləri təqdim edən qurumlar arasında dövlət idarələri ilə yanaşı özəl müəssisələr də yer alıb. Təklif edilən işlərə görə əməkhaqqı 118 manatdan 450 manatadək məbləğdə müəyyənləşdirilib. (Region TV)
 

01:15 25.07.2015
Xəbər lenti
Bütün xəbərlər